Vaxt.Az

«Bölgədə harda bir problem var, orada İranın barmağı var»


 

Ceyms Mattis: «Yəmən savaşı həlli olunsa, Tehranın nüfuzu qalmayacaq»

«Bölgədə harda bir problem var, orada İranın barmağı var» Aprelin 19-da Ər-Riyada səfər edən ABŞ-ın müdafiə naziri Ceyms Mattis, Səudiyyə rəsmiləri ilə görüşlərdən sonra jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə qarışmasından və bölgənin sabitliyini pozmağa cəhdindən danışıb.

Rəsmi Tehranın Yəməndəki «husi»lərə hər tərəfli yardımına toxunan Mattis bildirib ki, əgər Yəmən savaşının həlli üçün bir yol tapılsa, İranın bölgədəki nüfuzu aradan qaldırılacaq: «Bölgədə harda bir problem var, orada İranın barmağı var. Biz, İranın region ölkələrinin sabitliyini pozmağa yönələn cəhdini və onun məntəqədə Livan «Hizbullah»ına bənzər yaraqlı qruplaşmalar yaratmaq barədəki fəaliyyətini zərərsizləşdirməliyik. Bir daha bildirirəm ki, biz müttəfiqlərimizlə düz yoldayıq və bu yolu davam etdirəcəyik».

 





21.04.2017    çap et  çap et