Mövləvi Əbdülhəmid deyib ki, ölkədə sünnilərə qarşı ayrı-seçkiliyə son qoyulmalı, onların hüquqlarını məhdudlaşdıran ölkə konstitusiyasına yenidən baxılmalıdır: «Ölkədə şiə-sünni arasında ixtilafın olması heç kimin xeyrinə deyil. İran vətəndaşları arasında, şiə və ya sünni olmalarından asılı olmayaraq hər hansı bir fərq olmamalı, onlar arasında ayrı-seçkiliyə yol verilməməlidir. Düşünürəm ki, məhz bu yolla, ölkədə birliyi, qardaşlığı və təhlükəsizliyi qoruyub saxlamaq olar. Elə buna görə də hesab edirik ki, ölkədə sünni əhalisindən olanların prezident postuna seçilməsinə qoyulan qadağa aradan qaldırılmalı, bunun üçün ölkə konstitusiyasına yenidən baxılmalıdır».
Xatırladaq ki, İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, ölkə prezidenti yalnız şiələr arasından seçilə bilər və prezidentliyə namizədliyini irəli sürən hər bir şəxsin şiə məzhəbinə inanması əsas şərtlərdən biridir.
İran əhalisinin 25 milyondan çoxunu sünnilər təşkil etməsinə baxmayaraq, onların həssas dövlət qurumlarında işə götürülməsinə və ya vəzifə tutmasına qadağa qoyulur, digər hüquqları məhdudlaşdırılır.