Samani cümə axşamı debatların canlı deyil, efirdən sonra lent yazısının nümayiş etdiriləcəyini demişdi. Bu həm namizədlərin, həm də sadə iranlıların narazılığına səbəb olmuşdu.
Xatırladaq ki, aprelin 11-dən 15-na qədər 1600-dən artıq insanın prezident seçkilərinə namizədliyini vermişdi. Aprelin 16-dan 20-nə qədər İran Konstitusiyanın Mühafizəsi Şurası onların namizədliyi ilə bağlı yekun qərarlar verəcək.
Seçkilərin ilk turu mayın 19-da keçiriləcək.