APA-nın «The Guardian»a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin prezidenti Antonio Tayani bildirib. Onun fikrincə, seçkilərdən sonra Birləşmiş Krallıq hökumətində dəyişiklik olarsa və hakimiyyətə ölkənin Aİ-də qalmasını dəstəkləyən qüvvələr gələrsə, «Brexit»i asanlıqla ləğv etmək olar. O, «Brexit»in icrası zamanı Böyük Britaniyada Aİ vətəndaşlarının insan haqlarının müdafiəsinin tam təmin edilmədiyi halda, «Brexit» çərçivəsində qəbul edilən istənilə razılaşmaya veto qoya biləcəklərini söyləyib.
Qeyd edək ki, aprelin 19-da Britaniya parlamenti ölkədə növbədənkənar ümumi seçkilərin keçirilməsi barədə hökumətin təklifini dəstəkləyib.