O həmçinin parlamentdə Türk Bölgələri fraksiyasının yaradılmasına dəstək vermək, «Aqillik, təhlil və əməl» Teleqram kanalında müarifləndirmə işləri ilə məşğul olmaq və İranın kanal 2 televiziyasında yayımlanan məlum təhqiramiz «Fitilə» verilişinə etiraz etmək kimi ittihamlarla üzləşdiyini bildirib.
Ötən günlərdə Ruhanilərə Məxsus Məhkəmə fəalın müvəqqəti azadlığa buraxılması üçün 500 milyon tümənlik mülki vəsiqə tələb edib, lakin fəalın ailəsi təyin edilmiş vəsiqəni təmin etmək imkanına malik deyil.
Əbduləziz Əzimi Qədim təxminən 4 aydır Tehranın Evin zindanında müvəqqəti olaraq saxlanılır.
Fəalın həyhat yoldaşı və qızı 61 gün saxlandıqdan sonra onunla martın 9-da həbsxanada görüşüblər.
Fəal 2017-ci il yanvarın 7-də digər azərbaycanlı fəal Əli Baqiri ilə birlikdə, Ə.Baqirinin Tehrandakı evində mülki geyimli məmurlar tərəfindən yaxalanaraq Evin zindanına aparılıb.
Din xadimi ilə birlikdə yaxalanan Ə.Baqiri isə martın 12-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.