Vaxt.Az

«Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm...»


 

«Onu təhvil alıb orada həbsə atmağı çox istəyirdilər»

«Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm...» Rusiya Dövlət Dumasının deputatı, özünün ermənipərəst fəaliyyəti ilə tanınan bədnam MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu həbsdən «şəxsən xilas etdiyini» deyib.

Virtualaz.org xəbər verir ki, Zatulin bu haqda başçılıq etdiyi institutda keçirilən «Həmvətənlərə Rusiya vətəndaşlığının verilməsi» mövzusunda dəyirmi masada deyib. Həmin dəyirmi masa əslində martın 21-də keçirilib, lakin stenoqramını materik.ru saytı indi yayıb.

«Mən hələ Belarusun Rusiya vətəndaşını Dağlıq Qarabağa getdiyinə görə tutub Azərbaycana təhvil verməsindən danışmayacam. 90-cı illərdə biz Azərbaycanın sorğusu əsasında təhvil vermə ilə fəal məşğul olurduq. Mən Azərbaycana keçmiş prezident Ayaz Mütəllibovun təhvil verilməsinin qarşısını şəxsən almışam. Hansı ki, onu təhvil alıb orada həbsə atmağı çox istəyirdilər», - Konstantin Zatulin bildirib.

Xatırladaq ki, Ayaz Mütəllibov 90-cı illərin əvvəllərində Azərbaycandan qaçandan sonra Moskvada sığınacaq alıb. Onun tutulub təhvil verilməsinə dair Bakının tələbləri uzun müddət təmin edilməyib. Nəhayət Mütəllibov Azərbaycan rəhbərliyinin xoş məram nümayiş etdirməsi sayəsində ölkəyə qayıdıb. Ona eks-prezident statusu verilib, pensiya təyin edilib. Zatulinin Mütəllibovun təhvil verilməsini şəxsən necə əngəlləməsi barədə təfərrüatlar məlum deyil.

 





24.04.2017    çap et  çap et