Vaxt.Az

«Azadlıq» qəzetinin keçmiş baş redaktoru ABŞ-a köçdü


 

8 il baş redaktor olan Gündüz Tahirli 11 ildir mediadan uzaqdadır

«Azadlıq» qəzetinin keçmiş baş redaktoru ABŞ-a köçdü Azərbaycanın tanınmış jurnalisti, «Azadlıq» qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli Amerika Birləşmiş Ştatlarına köçüb. Bu barədə İTV-nin proqram aparıcısı, telejurnalist Vəsilə Vahidqızı öz internet səhifəsində yazıb.
«Jurnalistikadan da getdi, Azərbaycandan da. Uzaq Amerikaya getdi. Dostumuzun adına sevinsək də, bir yandan daim kədərlənirik. Kimlər getdi...»- deyə Vəsilə xanım yazıb. O, internetdə Gündüz Tahirlinin əks olunduğu son fotoları da paylaşıb.
Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəvəsi olan Gündüz Tahirli 1994-2001-ci illərdə «Azadlıq» qəzetinin baş redaktoru olub. 2001-ci ilin sonlarında «Yeni Yüzil» qəzetini açıb, 2002-ci ilin aprelində qəzet fəaliyyətini dayandırıb. Bundan sonra G.Tahirli aktiv jurnalistlik fəaliyyətinə son verərək, biznes sektoruna gedib. O, uzun müddət idi gündəmdə deyildi.
 





30.11.2013    çap et  çap et