Vaxt.Az

Putinə görə yollar bağlanır


 

Ermənistan müxalifətisə bunun səbəbini başqa şeydə görür

Putinə görə yollar bağlanır Rusiya prezidentinin Ermənistana səfəri ilə əlaqədar dekabrın 2-də İrəvanda bir neçə küçə müvəqqəti olaraq bağlanacaq. İstinadən bildirir ki, Putinin gəlişi ilə bağlı nəqliyyatın işi üzrə xüsusi protokol və cədvəl hazırlanıb.
Qeyd edək ki, yolların bağlanması Putinin səfəri çərçivəsində etiraz aksiyaları keçirməyi planlaşdıran müxalifət nümayəndələrini daha da qəzəbləndirib. Müxaliflər iddia edirlər ki, bir sıra yollarda giriş-çıxışların tamamilə bağlanması Putinin rahatlığını təmin etməkdən çox, etiraz aksiyalarının qarşısını almağa yönəlib. Rusiya prezidentinə və Sərkisyan hökumətinə qarşı aksiya fəalları mitinq keçirmək fikrindən dönməyəcəklərini və hazırda onları dəstəkləyənlərin günü-gündən daha da artdığını bildiriblər.
 





30.11.2013    çap et  çap et