Misir məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursinin 20 tərəfdarı barəsində 2013-cü ildə polislərin qətlə yetirilməsinə görə ölüm hökmü çıxarıb. Bu barədə «Əl-Əhram» nəşri yazıb.Qeyd olunur ki, məhkəmənin qərarına ölkənin ali müftisi tərəfindən baxılacaq.
Bundan əvvəl məhkəmə Məhəmməd Mursi barəsində casusluğa görə çıxarılan ömürlük həbs cəzası hökmünü ləğv edib.
çap et