Vaxt.Az

«ABŞ-ın növbəti prezidenti qadın olacaq»


 

Obamanın açıqlamasından sonra, Soros kampaniyaya 25 milyon dollar bağışlayıb

«ABŞ-ın növbəti prezidenti qadın olacaq» ABŞ prezidenti Barak Obama yaxın zamanda amerikalıların qadın prezidentinin olacağına şübhə etmir. Obama deyib ki, ABŞ-da dövlət xidmətində inanılmaz qadınlar işəyirlər. Prezidentin həyat yoldaşı Mişel Obama isə jurnalistlərin sualına cavabında dövlət başçısı olmaq istəmədiyini bildirib. Xatırladaq ki, bir müddət əvvəl keçmiş prezident Bill Klinton də ölkənin gələcək rəhbərinin zərif cinsin nümayəndəsinin ola biləcəyini istisna etməyib.
2016-cı ildə keçiriləcək seçkilərdə prezidentliyə qadın iddialının Bill Klintonun həyat yoldaşı Hillari Klintonun olacağı isə hələ ki məlum deyil.
Yeri gəlmişkən, tanınmış amerikalı investor və milyarder Corc Soros da növbəti prezident seçkiləri yarışında keçmiş dövlət katibi Hillari Klintonun iştirakını dəstəkləyib. Maliyyəçi hətta «Hillariyə dəstək!» təşkilatına 25 milyon dollar da bağışlayıb.
 





30.11.2013    çap et  çap et