Vaxt.Az

«Sulu qəlyanın zərəri siqaretdən az deyil»


 

«Elektron siqaretlərin də tərkibində nikotin var»

«Sulu qəlyanın zərəri siqaretdən az deyil» «Azərbaycanda il ərzində 10 milyard ədəd siqaretə tələbat var. Lakin ölkədəki siqaret bazarına nəzarət zəifdir». Bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Hüquq müdafiəçisi bildirdi ki, hazırda ölkə bazarında satılan tütün məmulatlarının 40 faizinin istifadə müddəti tamamlanıb. Lakin bu məhsullar təkrar bazara çıxarılır: «Məişət narkomaniyası adlanan siqaretin tərkibində 400-dək kimyəvi maddə var. Əvvəllər Azərbaycanda da siqaret istehsal edilirdi. Təşkilatımızın təkidi ilə yerli istehsal olan tütün məmulatlarının tərkibi yoxlanıldı. Bəlli oldu ki, bu siqaretlər ağciyər xərçənginin yaranmasına səbəb olur. Nəticədə həmin fabriklərin fəaliyyəti dayandırıldı».
E.Hüseynov xaricdən gətirilən siqaretlərin tərkibinin yoxlanılması üçün laboratoriya olmadığını vurğuladı: «Bu siqaretlərin tərkibini yoxlamaq mürəkkəb prosesdir. Hazırda ölkə bazarında satışa çıxarılan siqaretlərin nə qədər təhlükəli olduğunu müəyyənləşdirmək çətindir».
AİB sədri siqaretlərin reklamı ilə bağlı da narazılıq etdi: «Məlumdur ki, «Reklam haqqında» qanunla siqaret və spirtli içkilərin reklamı qadağandır. Lakin Bakı Beynəlxalr Hava Limanında həm siqaret, həm də spirtli içkilərin reklamı verilir. Bundan əlavə, siqaretlərin tək-tək, ədədlə satışı qanunla qadağandır. Amma xüsusilə köşklərdə tək-tək siqaretlər satılır. Azyaşlı uşaqlara siqaret satılması, məktəb və bağçaların yerləşdiyi ərazilərə yaxın yerlərdə siqaret sattışı da qadağandır. Yoxlamalar zamanı isə bunun əksini görürük».
E.Hüseynov siqaretlərin markalanmasında problemlərin olduğunu dedi: «Siqaretin üzərində «Səhiyyə Nazirliyi tövsiyə etmir» sözləri verilir. Mövcud qanunvericilikdə tövsiyələrin hər 3 aydan bir dəyişdirilməsi nəzərdə tutulub. Lakin nazirlik buna əməl etmir. Bundan əlavə, təşkilat qablaşdırılmasının üzərində siqaretin istehsal edildiyi tarixin də göstərilməsini tələb edirdi. Amma nədənsə deputatların bəziləri buna razı olmadı. Siqaretin saxlama müddəti bir ildir. İstehsal tarixi göstərilmədiyindən alıcı məhsulun istifadə müddətinin bitib-bitmədiyini müəyyənləşdirə bilmir».
Hüquq müdafiəçisi habelə elektron siqaretlərin təhlükəli olduğunu dedi: «Elektron siqaretlərin tərkibində nikotin var, yəni asılılıq yaradır. Amma guya ki, elektron siqaret tütün məmulatlarından asılılığı aradan qaldırır. Marketlərdə, iri ticarət mərkəzlərində 100-150 manata olan elektron siqaretlər elektrik məhsulları kimi qeydiyyatdan keçirilir. Halbuki o da siqaret kimi qeydiyyatdan keçirilməlidir».
E.Hüseynov sulu qəlyanların da təhlükəli olduğunu bildirdi: «Siqaretə qarşı anti-reklamdan istifadə edənlər sulu qəlyana marağın artmasına şərait yaratdılar. Amma sulu qəlyanın zərəri siqaretdən az deyil».
 





30.11.2013    çap et  çap et