Vaxt.Az

«Yaşın nə fərqi var ki?»


 

Bricit Tronye Makronun ərinin siyasi hərəkatının güclənməsindəki instrumental rolu

«Yaşın nə fərqi var ki?» 39 yaşlı Emmanuel Makron Fransa prezident seçkilərinin ikinci turunda Le Penə qalib gəldiyi halda ölkə tarixinin ən gənc prezidenti olacaq. Bununla bərabər, fransızların ilk dəfə prezidentdən 24 yaş böyük birinci lediləri olacaq.

Bricit Tronye və Emmanuel Makron münasibətlərini çox ictimailəşdirmirdilər. Amma bir il öncə, Makron öz siyasi hərəkatını yaradanda Bricit ölkənin birinci xanımı ola biləcəyi nəzərə alaraq, mətbuatdan gizlənməyi dayandırdı.

Onlar ilk dəfə Makronun 15 yaşı olanda görüşüblər. Həmin zaman Bricit gələcək siyasətçinin məktəb müəllimi idi. Gənc Emmanuel o vaxt Bricitə «sən nə etsən də, mən səninlə evlənəcəm» demişdi. Bricitin sonradan ailə qurmasına, üç uşaq dünyaya gətirməsinə baxmayaraq, məktəblinin müəllimə dediyi həqiqət oldu.

Makron bu münasibətlər haqqında olan tənqidlərə belə cavab verir: «Dünyanda çox sayda siyasi lider özündən xeyli cavan xanımlarla ailə qurur. Belə hadisələr heç zaman ciddi siyasi müzakirələrə səbəb olmurdusa, bizim münasibət nə üçün milli müzakirə mövzusu olmalıdır?»

Amma, fransızlar da digər millətlər kimi deyil. Onlar öz siyasi liderlərinin şəxsi həyatlarına daha dözümlü yanaşırlar. Məsələn, Sarkozi prezident olduğu müddətdə yoldaşı ilə boşanıb, gənc modellə ailə qurmuşdu. İndiki prezident Olland isə aktrisa ilə münasibətləri ictimailəşəndən sonra, partnyoru ilə ayrılmalı olmuşdu. Fransızlar bu hadisələri normal qarşılamışdılar.

Müşahidəçilər deyirlər ki, Bricit Tronye Makronun siyasi hərəkatının güclənməsində instrumental rol oynayıb. «Güclü kişinin arxasında güclü qadın dayanır» ifadəsini yəqin ki burada deyirlər.

 





25.04.2017    çap et  çap et