Vaxt.Az

Yollar bir həftəlik bağlanır


 

Paytaxt sakinlərinə 7 gün ictimai nəqliyyata üstünlük vermək tövsiyə olunur

Yollar bir həftəlik bağlanır Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, UNESCO-ya üzv olan 180 ölkədən olan nümayəndə heyətinin üzvləri artıq Bakıya gəlməyə başlayıblar.
Tədbirə gələn qonaqların yerləşdirilməsi və tədbirin təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 1-dən 8-dək paytaxtın Səbayel, Nəsimi, Yasamal və Nərimanov rayonlarının ərazilərində yerləşən hotellər istiqamətində, eləcə də Heydər Əliyev, Gülüstan Sarayları, İçərişəhər, İncəsənət və Xalça muzeyləri, Heydər Əliyev Mərkəzi və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Atəşgah məbədi” qoruğu istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq. 
V.Əsədov bir həftə ərzində paytaxt sakinlərindən ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edib.
 





30.11.2013    çap et  çap et