Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qondarma «DQR müdafiə nazirliyi» təmas xəttinin şimal istiqamətində (Goranboy-Talış) 1998-ci ildə anadan olmuş hərbi qulluqçu Karen Avetosyanın güllə yarasından öldüyünü açıqlayıb. Lakin əsgərin hansı şəraitdə vurulduğu haqda məlumat verilməyib. Bundan əvvəl erməni işğalçı qüvvələrinin əsgəri təmas xəttinin Ağdam istiqamətində snayper atəşi ilə vurulmuşdu.
***
10:40
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki hərbi hissələrdən birundə düşmən ordusunun daha bir əsgəri ölüb.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, aprelin 24-də saat 17:50 radələrində 1997-ci il təvvəllüdlü Narek Hmayak Harutyunyanın meyiti aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.