Vaxt.Az

Miçiqan qaynar bölgəyə yol aldı


 

ABŞ Cənubi Koreyaya nüvə enerjisi ilə işləyən sualtı qayıq göndərdi

Miçiqan qaynar bölgəyə yol aldı ABŞ-ın nüvə enerjisiylə işləyən sualtı qayığı, USS Michigan, çərşənbə axşamı Cənubi Koreyaya çatıb və bu iki ölkənin dəniz donanmaları Koreya yarımadasının qərbindəki sularda Yaponiya ilə birgə hərbi təlimlər keçirilər.

Dəniz təlimlərinin çərşənbə gününədək davam edəcəyi gözlənilir. Həmin gün prezident Donald Tramp Şimali Koreyaya ilə bağlı məxfi brifinq üçün 100 senatordan hər birini Ağ Evə dəvət edib.

Brifinq müdafiə naziri Cim Mattis, dövlət katibi Reks Tillerson, milli kəşfiyyat idarəsinin direktoru Dan Koats və birgə qərargahlar rəisi general Co Danford tərəfindən keçiriləcək.

Qanunvericilərə tez-tez Konqresdə gizli brifnqlər keçirilsə də, bu cür brifinqlərin Ağ Evdə baş tutması və bütün senatorların iştirak etməsi nadir görülən haldır.

Bazar ertəsi Ağ Evdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzv ölkələrinin səfirləri ilə nahar yeməyi zamanı ABŞ prezidenti «Şimali Koreyada»kı status-kvoyu qəbuledilməz adlandırıb.

Tramp deyib ki, Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə və balistik raket proqramlarına qarşı əlavə və daha güclü sanskiyalar tətbiq etməyə hazır olmalıdır.

«Şimali Koreya bütün dünya üçün böyük problemdir və biz bu problem həll etməliyik. İnsanlar on illərdir buna göz yumurlar amma indi artıq bu problemin həll olunma zamanıdır», deyə prezident əlavə edib.

Donald Tramp bu sözləri Şimali Koreyanı müzakirə etmək üçün Yaponiya, Çin və Almaniya liderləri ilə telefon danışqları aparandan sonra deyib.

 





26.04.2017    çap et  çap et