Modern.az saytının məlumatına görə, bunu Rusiyanın hərbi eksperti Pavel Felqenhauer bildirib.
Ekspertin fikrincə, bu, nüvə müharibəsinin başlanacağının anonsu deyil və belə bəyanat normaldır. Çünki söhbət nüvə silahı təhlükəsindən gedir.
«Bəs Böyük Britaniya kimi nəzərdə tutur» sualına isə Felqanhauer belə cavab verib:
«Əlbəttə ki, Rusiyanı. Görünür Böyük Britaniyanın bu potensialı mövcuddur və onu tətbiq etməyə hazırdır. Bu, heç bir ləngimə həyata olmadan həyata keçirilə bilər».
Ekspert bildirib ki, nüvə silahının tətbiq olunmamasına böyük miqdarda pul xərcləmək mənasızdır.
«Çünki qarşı tərəf real nüvə təhlükəsindən şübhələnəcəksə, zərbə endirəcək. Amma bu təhdid, təhlükə real və ciddi olmalıdır».
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bəyan edib ki, ölkəsi ehtiyac olduğu halda önləyici nüvə zərbəsi endirməyə hazırdır.