Kazım Delxoş bundan öncə Güney Azərbaycan Qəzvin şəhərinin əhalisini də təhqir etmişdi. Onun bu əməli sərt reaksiya və etirazlara səbəb olmuşdu.
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri isə türklərin təhqir edilməsi faktına sərt reaksiya verərək Kazım Delxoşun üzr istəməsini tələb edib.
«Bu, tüqrklərə qarşı açıq-aşkar təhqirdir, zarafat kimi olsa belə, yenə də qəbuledilməzdir. «Bunlar türkdür, heç nə anlamazlar» ifadəsi istənilən halda təhqirdir, ona görə də Somesəranın millət vəkili dərhal üzr istəməlidir», - deyə Hadi Bahaduri vurğulayıb.
Urmiyənin millət vəkili Teleqram kanalında videonun yayılmasından ciddi narahatlığını dilə gətirib. «Təhqiramiz ifadənin olduğu videonun sosial şəbəkədə yayılması məsələni daha da qəlizləşdirib. Bu, təhqir məsələsi üzərindən qəbahəti götürmək məqsədi güdüb», - deyə o vurğulayıb.
Qeyd edək ki, İranda türk millətinin təhqir olunması ilk dəfə deyil. Türklərin kütləvi informasiya vasitələri, rəsmi şəxslər və televiziyalarda kobud şəkildə təhqir edilməsi dəfələrlə azərbaycanlıların kütləvi etirazına səbəb olub, etiraz aksiyalarında onlarla insan öldürülüb, çox sayda etirazçı həbs olunub.