Novator.az-ın məlumatına görə, İFOP və «Fiducial» şirkətlərinin 23-26 aprel arasında keçirdikləri sorğuya 1893 seçici qatılıb. Sorğu ikinci turda seçicilərin 72 faiznin iştirak edəcəyini göstərir. İlk tura seçicilərin 77,8 faizə yaxını qatılıb.
Namizədlərin şanslarına gəlincə, Emmanuel Makrona 60,5 faiz, Marin Le Penə 39,5 faiz dəstək verir. İlk turda Emmanuel Makron 24,01 faiz, Marin Le Pen 21,3 faiz səs alıb.
«Odoxa» şirkətinin apardığı yeni sorğuda isə Marin Le Penin reytinqinin ötən ayla müqayisədə 4 faiz artdığı bilinib. Hazırda Milli Cəbhənin liderinə vətəndaşların 33 faizi müsbət yanaşır. «İrəli» hərəkatının lideri martla müqayisədə 4 faiz geriləyib. «Odoxa»nın aprel sorğusunda Emmanuel Makrona vətəndaşların 41 faiznin rəğbət bəslədiyi ortaya çıxıb.