Vaxt.Az

Hər iki gəmi batdı


 

Rusiyanın kəşfiyyat gəmisi «Aşot»la toqquşdu

Hər iki gəmi batdı Son məlumata görə İstanbul boğazının Qara dəniz girişində Toqo bayrağı altında üzən «Aşot-7» yük gəmisi ilə toqquşan Rusiya hərbi kəşfiyyat gəmisi də içərisinə su dolması nəticəsində Bakı vaxtı ilə saat 15.48-də batıb.

Türkiyə gəmilərinin onu batmaqdan xilas etmək cəhdləri baş tutmayıb. Kəşfiyyat gəmisi Qara dəniz donanmasına aid idi. Gəminin personalının xilas edildiyi bildirilir, 15 hərbçinin itkin düşdüyü barədə xəbər hələ təsdiqlənməyib.


***


16:13

Türkiyənin sahil mühafizə qüvvələrinin bildirdiyinə görə, Qara dənizin girişində Rusiya hərbi kəşfiyyat gəmisi ilə toqquşan «Aşot-7» yük gəmisi Toqo bayrağı altında üzürmüş.

Həmin gəminin heyət üzvlərinin taleyi barədə məlumat yoxdur. Rusiya gəmisi isə toqquşmanın nəticəsində yan tərəfdən deşilib və gəmiyə su dolmağa başlayıb.


***


16:06

Bu gün günorta saatlarında İstanbul boğazının Qara dəniz girişində Rusiyanın hərbi kəşfiyyat gəmisi ilə yük gəmisi toqquşub. Toqquşma nəticəsində yük gəmisi batıb, hərbi gəmi yanı üstə çevrilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, toqquşma «Liman» kəşfiyyat gəmisi ilə hansı ölkəyə məxsus olduğu hələ müəyyən edilməyən, canlı heyvan daşıyan «Aşot-7» adlı yük gəmisi arasında baş verib.

Hadisə nəticəsində hərbi gəminin 78 personalından 45-i dənizdən xilas edilib. Toqquşmadan sonra Türkiyə donanmasının gəmiləri təcili köməyə gedib və xilasetmə işlərinə birinci başlayıb. Rusiya Müdafiə Nazirliyi 78 personalın gəmidən evakuasiya edildiyini bildirir. Lakin Türkiyə mənbələri 15 rus hərbçisinin dənizdə itkin düşdüyü haqda hələlik təsdiqlənməyən məlumatlar yayıb.

Rusiya MN bildirir ki, toqquşan «Liman» gəmisi Qara dəniz donanmasına aiddir, hadisə İstanbul boğazının 40 kilometrliyində baş verib. Qara dəniz donanmasının gəmiləri və aviasiyası hadisə yerinə göndərilib.

 





27.04.2017    çap et  çap et