Virtualaz.org xəbər verir ki, «Avtoradio»nun məlumatına görə, hakimiyyət nəqliyyat vasitələrinə lisenziyanı bir illik deyil, beş illik verməklə bağlı razılığa gəlib. Mənbə qeyd edir ki, artıq etiraz edənlərin səyləri öz bəhrəsini verir. Həmçinin federal yollarda nəqliyyat vasitələrinin dayanması üçün üç mühafizə olunan meydançanın da yaradılması planlaşdırır.
«Dalnoboyşik»lərin Azərbaycan-Dağıstan federal yolunu bağlamasından sonra Dağıstan Muxtar Respublikasının rəhbəri Ramzan Abdullatipov keçirdiyi xüsusi müşavirədə sürücülərin çətinliyini anladığını qeyd edib. Həmçinin məmur vurğulayıb ki, «Platon» sisteminin tətbiqi yol işçilərinə vurulan zərəri kompensasiya etməyə imkan verməlidir.