İstiPress-in məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan «Frans-press» agentliyinə müsahibəsində deyib.
Serj Sərkisyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öhdəliklərini yerinə yetirməsi tələbini xatırladaraq, müharibə qorxusunun olduğunu bildirib. Əlavə edib ki, ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər.
Serj Sərkisyan həmsədr ölkələr olan Fransa, Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiyadan kömək istəyib. O, Azərbaycanın qarşısını ala bilməyəcəklərini etiraf edib. Həmçinin, Rusiyanın Azərbaycana silah satmasından təəssüfləndiklərini bildirib.