Vaxt.Az

Türkiyə səfirliyi önündə aksiyaya icazə verən fars-molla rejimin...


 

Əzimi Qədimi ermənipərəst siyasəti tənqid etdiyinə görə həbs etməsi etiraz doğurub

Türkiyə səfirliyi önündə aksiyaya icazə verən fars-molla rejimin... Tehran və Qum universitetlərinin türk tələbələri erməni lobbisinin uydurma soyqırım bəhanəsi ilə aprelin 24-də Tehranda keçirdiyi aksiyaya etiraz ediblər.

Məlumata görə, Türk Öyrənciləri İslami Əncümən (dərnək) üzvləri hökumətin ermənilərin Türkiyə səfirliyi qarşısında keçirdikləri aksiyaya icazə verməsi və azərbaycanlı fəal Əzimi Qədimin qanunsuz olaraq zindanda saxlanılmasını məhkum edən bəyanat yayıblar.

«Biz Tehran və Qum universitetinin türk tələbələri, son günlərdə İran dövlətinin ermənilərə müsəlman türk millətinə qarşı aksiya keçirməsi üçün icazə verməsini kəskin şəkildə qanayırıq və bunu islam inqilabının yüksək ideyalarına zidd olduğunu düşünürük. 1992-ci ildə Dağlıq Qarabağda və ötən əsrin əvvəllərində Urmiyada radikal ermənilər Rusiyanın yardımı ilə məzlum azərbaycanlıları qətliam etdilər. Biz islamdan danışırıq, Fələstin, İraq və Suriyaya yardım edirik. Lakin söhbət Azərbaycan şiələri və Dağlıq Qarabağdan gedəndə hamı susur! Həsən Ruhani və bundan öncəki hakimiyyəti təmsil edənlərin yanlış və irqçi siyasəti artıq azərbaycanlıların islami ideyalara baxışını dəyişib. İran Teleradio şirkətinin də ermənilərə  dəstək verməsi bizi hiddətləndirir və gələcəklə bağlı nigaranlıq doğurur. Biz türk tələbələr belə siyasətləri məhkum edərək elan edirik ki, islam torpağı olan Azərbaycanı müdafiə etməyə hazırıq. Dağlıq Qarabağ Fələstin, İraq və Suriyadan da önəmlidir»- deyə bəyanatın bir hissəsində qeyd olunub.

Bəyanatda həmçinin hazırda Tehranın Evin zindanında aylardır müvəqqəti saxlanılan azərbaycanlı milli-mədəni fəal, din xadimi Əzimi Qədimin azadlığa buraxılması da tələb olunub. «İran dövləti bilməlidir ki, Höccətül-İslam Əzimi Qədim islam torpağını müdafiə edib, onu həbs etmək islam torpağı ilə düşmənçilik etmək deməkdir. Biz azərbaycanlı mübariz ruhaninin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir, onu və işğalçı Ermənistana qarşı mübarizə aparan istənilən qrup və ya hərəkatı dəstəkləyirik», - deyə bəyanatda qeyd olunub.

 





27.04.2017    çap et  çap et