Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hokinq bildirib ki, gələcəkdə süni intellektin inkişafı insan sivilizasiyanın məhv olmasına gətirib çıxara bilər.
«Süni intellektin inkişafı bəşəriyyət üçün pozitivdir, amma bunun qorxunc nəticələri də ola bilər. Biz təhlükəni anlamalıyıq ki, o özü ilə nələr gətirir», - deyə Houkinq bildirib.
Alimin sözlərinə görə, mükəmməl elmi yanaşmalar süni intellektin gətirdiyi problemlərin əksəriyyətini həll etməyə qadirdir. Bununla belə əks təqdirdə, bunun acı nəticələri ola bilər:
«Ən müasir texnologiyalar insanın deqradasiyasına gətirib çıxara bilər. Təbiət də burada insana kömək etməz. İnsan təkamül və mübarizə yolu ilə sağ qala bilər. Mükəmməl elmi yanaşmalarla süni intellektin yaratdığı problemlərin əksəriyyətini aradan qaldırmaq olar», - deyə Houkinq bildirib.
Qeyd edək ki, Mobil İnternet Qlobal Konransı Pekində 27 apreldən 1 maya qədər davam edəcək.