Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəziləri Şarapovanın qayıdışına etiraz ediblər. Şarapovaya ən çox hiddətlənənlər isə dünya tennisçiləridir.
Şarapovanın ünvanına ən kəskin ittihamı tanınmış kanadalı tennisçi Yejeni Buşar səsləndirib.
O, rus tennisçini yalançı adlandırıb.
«Şarapovanın yenidən yarışlara dəvət alması düşünürəm ki, düzgün deyil. Şarapova yalançıdır, onu meydana buraxmaq olmaz. Onun hər hansı bir idman növünə qayıtmasına icazə verilməməlidir. Onun tennis meydançasına qayıtması yerdə qalanlarına hörmətsizlikdir», - deyə Buşar bildirib.
Xatırladaq ki, Mariya Şarapova bir neçə dəfə dopinqdən istifadəyə yol verdiyini bildirib.