Modern.az xəbər verir ki, 2017-ci ilin 4 ayı ərzində Ermənistan mətbuatı 20 hərbçinin ölümü ilə bağlı rəsmi məıumat yayıb.
2 yanvar - Ermənistan ordusunun müddətdən artıq hərbi qulluqçusu, 34 yaşlı Qaqik Kazinyan avtomobil qəzasında həlak olub
16 yanvar - Ermənistan ordusunun hərbçisi Araik İqoreviç Sarkisyan (1995) Qarabağda məhv edilib
18 yanvar - Hərbçi Andranik Smbatoviç Musikyan (1997) məhv edilib
22 yanvar - Düşmən ordsunun əsgəri Karen Maratoviç Ulubabyan (1995-ci il) atışmada məhv edilib
25 yanvar - Ermənistan ərazisində xidmət keçən hərbçi Şavarş Akopoviç Qalstyan intihar edib
26 yanvar - Yerevanda xidmət edən kursant Sarkis Apinyan xəstəlikdən ölüb
6 fevral - Ermənistan ordusunun hərbçisi Qor Amazaspoviç Qareginyan (1997)cəbhənin cənub istiqamətində məhv edilib
8 fevral - Tərtər rayonu istiqamətində döyüşdə Ermənistan ordusunun polkovnik-leytenantı Qeqam Henrixoviç Manukyan artilleriya atəşi ilə məhv edilib.
16 fevral - Buldozerin dəyərə düşməsi nəticəsində əsgər Qaregin Akopoviç Minasyan ölüb
17 fevral - Dəm qazından boğulma nəticəsində 20 yaşlı Qaregin Arqamanyan ölüb
18 fevral - Əsgər Letnik Osyan (1997) Qarabağın şərq istiqamətində atışmada məhv edilib
23 fevral - Təmas xəttində döyüşzamanı Qor Frunzikoviç Xudinyan (1991) öldürülüb
1 mart - Ermənistan ordusunun mayoru Nver Yuriyeviç Babacanyan (1980) məhv edilib
1 mart - Hərbçi yoldaşı tərəfdindən 15 yanvarda yaralanan Qurgen Sarkisyan (1997) xəstəxanada ölüb
28 mart - Təmas xəttinin cənub istiqamətində hərbçi Artak Rafaelyan (1997) məhv edilib
31 mart - Ermənistan ordusunda müqaviləli xidmət aparan Qor Qevorkoviç Ovannisyan (1993) məhv edilib
21 aprel - Ermənistanın Vayk rayonundakı hərbi hissələrdən birində silahla ehtiyasız davranma nəticəsində kiçik çavuş Narek Akopyan (1986) ölüb
24 aprel - Düşmən hərbçisi Narek Amayakoviç Arutunyan (1997) Azərbaycan ordusu ilə atışmada məhv edilib
25 aprel - Qarabağda xidmət keçən hərbçi Karen Avetisyan (1998) ona təhkim olunan silahdan atəş açaraq intihar edib
26 aprel - Yerevanda hərbi hissəsinin mühəndis xidmətinin rəhbəri, 31 yaşlı Armen Tsaturyanın cəsədi tapılıb