Təbrizin «Traktor» futbol komandası növbəti görüşə hazırlaşır. İran üzrə futbol klubları super liqa yarışlarının növbəti həftəsində «Traktor» İsfahanın «Sepahan» komandası ilə üz-üzə gələcək.Görüş aprelin 29-u yerli vaxtla saat 18:00-da Fuladşəhr stadionunda başlayacaq.
«Traktor»-«Sepahan» oyununu GünAz.TV ekranından canlı olaraq izləyə bilərsiniz.
Bu arada «Traxtur»u qazandığı xalların (imtiyaz) silinməsi təhlükəsi ilə üz-üzə qoyan dosye FİFA tərəfindən qapadılıb. Məlumata görə, Təbriz komandası keçmiş oyunçu Flavio Lopezə olan borcunu ödəməklə FİFA-dakı birinci dosyesini bağlayıb.
Klub həmçinin yaxın gələcəkdə keçmiş baş məşqçi Toni Olivera və daha iki xarici oyunçuya olan borcunu ödəməklə komandanı qarşılaşdığı bəzi problemlərdən azad edəcək.
çap et