Vaxt.Az

Ərdoğan əməliyyat keçirəcək


 

Rüşvət və korrupsiya qalmaqalı ilə hədəfə götürülən Türkiyə hökuməti Gülən camaatına əks-zərbələr vurmağa hazırlaşır

Ərdoğan əməliyyat keçirəcək Rüşvət və korrupsiya qalmaqalı ilə hədəfə götürülən Türkiyə hökuməti əks-zərbələr vurmağa hazırlaşır. Belə bir iddia ilə Fətulla Gülənə yaxın olan media qurumları çıxış edib.
Türkiyə mediasının məlumatına görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın iş otağına dinləyici qurğu yerləşdirən şəxsin kimliyi açıqlana bilər. Belə ki, «dövlətlə paralel dövlət olmaz» deyən Ərdoğan Fətulla Gülənin dövlət qurumlarında çalışan tərəfdarlarına qarşı əməliyyatlar keçirməyə əmr edib. 
İddia olunur ki, Ərdoğan bu əməliyyatın məxfiliyini nazirlərindən belə gizli saxlayır.
 





02.01.2014    çap et  çap et