Vaxt.Az

Ruhani 4 ildə etmədiyini, 100 günə edəcəkmiş


 

«Növbəti prezidentliyimdə Nazirlər Kabintində dəyişikliklər olacaq»

Ruhani 4 ildə etmədiyini, 100 günə edəcəkmiş İran prezidenti Həsən Ruhani aprelin 27-də jurnalistlərə açıqlamasında qarşıdan gələn seçkilərdən və yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.

Ruhani bildirib ki, o, yenidən ölkə prezidentliyinə seçilsə, hökumətinin fəaliyyətinin ilk 100 günündə işsizlik probleminin aradan qaldırılmasına çalışacaq və işsiz gənclərin işlə təmin olunması məsələsi ilə məşğul olacaq: «Yeni iş yerlərinin açılması, hökumətimin əsas prioritet məsələlərindən birinə çevriləcək. Bunun üçün gənclər, peşə qabiliyyətlərinin gücləndirilməsi üçün hökumət tərəfindən yaradılacaq özəl mərkəzlərə cəlb ediləcək və orada bir müddət dərs keçdikdən sonra müəyyən bir peşəyə yiyələnərək iş yerlərinə təqdim ediləcəklər.

Həmçinin vətəndaş hüquqları ilə bağlı bir layihənin hazırlanması və ölkə parlamentinə təqdim olunması da bizim görəcəyimiz əsas işlərdən biri olacaq.

Yeni hökumətimdə baş verəcək dəyişikliklərə gəlincə, konkret bildirirəm ki, seçkilərdə qalib gəlsəm, mənim növbəti prezidentliyimdə Nazirlər Kabinetində müəyyən dəyişikliklər olacaq. Bu isə təbbi bir haldır. Lakin növbəti hökumət kabinetində kimlərin qalıb-qalmayacağını və ya kimlərin dəyişəcəyini demək hələ tezdir. Seçkilər başa çatandan sonra bu barədə qərar vermək üçün kifayət qədər fürsətimiz və vaxtımız olacaq».

İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

 





28.04.2017    çap et  çap et