Vaxt.Az
İranda növbəti zəlzələ
5.5 ballıq təkanların fəsadları var
Rusiya mətbuatının verdiyi məlumata görə, bu informasiyanı Avropa-Aralıq dənizi seysmoloji mərkəzi yayıb. Zəlzələnin mərkəzi Qeraş şəhərindən 64 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
İran tele-kanalları xəbər verir ki, Hörmuzqan əyalətində 5,5 ballıq zəlzələdən sonra 4,3 bal gücündə daha bir zəlzələ baş verib.Son məlumatlara görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Hörmuzqan əyalətinin Bəstək şəhərində evlərə ziyan dəyib.
02.01.2014 çap et