Vaxt.Az

Ərdəbildə yaz iməcliyi


 

Əhali hava limanı gedən yolun ətrafında təmizlik işləri görüb

Ərdəbildə yaz iməcliyi Ərdəbildə baharın gəlişi bölgə əhalisinin yaz qayğılarını da artırıb. Son illərdə ətraf mühitin qorunması və ekologiyanın yaxşılaşdırılmasına xüsusi diqqət yetirən azərbaycanlılar Ərdəbil hava limanı yolunun ətrafını Səreynə qədər zibil və məişət tullantılarından təmizləyiblər. Aprelin 21-dən başlayan iməcilik işləri bir həftə davam edib.

Yol ətrafı üçyoldan Səreynə qədər səreynli ətraf mühit tərəfdarları tərəfindən zibil və məişət tullantılarından təmizlənib. Məqsəd şəhəri təmizləmək və bu mədəniyyəti əhali arasında təbliğ edərək onu ənənəyə çevirməkdən ibarət olub.

Qeyd edək ki, oxşar işlər ötən illərdə Urmiya gölü ətrafında da dəfələlər görülüb. Urmiyədə vaxtaşırı keçirilən iməciliklər, təbiəti təmizləməkdən başqa Urmiya gölü böhranını da gündəmə gətirmək məqsədi güdüb.

 





29.04.2017    çap et  çap et