Məlumata görə, Zəncan, Xudabəndə və Mahnişan şəhərlərinin Kəsik, Hüseynə, Abad Göycə, Məntiş, Sazın və Zağa kəndlərini sel-daşqın suları bürüyüb, sel kəndlərdə ciddi fəsadlar törədib.
Zəncan Vilayəti Qızıl Aypara Cəmiyyətinin rəisi Şəhram Mirzayi sel hadisəsində 4 nəfərin xəsarət aldığını bildirib.
Xudabəndə Şəhər İcra Hakimiyyəti başçısı (fərmandar) Babulla Fəthi isə ərazidə yerləşən əkin sahələri və yaşayış məntəqələrinin 80-100 faiz ziyan gördüyünü bildirib. O həmçinin vurğulayıb ki, 3 min hektar buğda əkini sahəsi sel sularına məruz qalaraq ağır ziyan görüb.