Vaxt.Az
Ruslar vizasız gedib-gələcək
Yeni ildən Rusiya vətəndaşları 60 ölkədə vizasız hərəkət hüququ əldə edib
2014-cü il yanvarın 1-dən Rusiya vətəndaşları yeni qanuna əsasən turist kimi Cənubi Koreyaya vizasız gedib gələcəklər, ancaq bu qanun oxumaq, işləmək və daimi yaşamaq üçün gedənlərə şamil edilmir.
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bu informasiyanı Rusiya xarici işlər nazirliyi yayıb. Hər iki ölkə arasında bağlanan müqaviləyə əsasən vizasız gediş-gəliş 90 gün üçün nəzərdə tutulub. Xatırladaq ki, bu müqavilə ötən il noyabrın 13-də imzalanmışdı.
Yeni ildən Rusiya vətəndaşları, ümumilikdə 60 ölkəyə vizasız getmək hüququ əldə edib.
02.01.2014 çap et