«Anadolu» agentliyinin yaydığı məlumata əsasən, Zonquldak əyaləti gömrüyünün qaçaqmalçılığa qarşı mübarizə bölməsinin əməkdaşları, Ukraynanın «Ro-Ro» yük gəmisi ilə Zonquldak limanına gətirilən və İrana aparılması nəzərdə tutulan yük maşınında axtarış aparıblar. Axtarış nəticəsində yük maşınının müxtəlif yerlərində gizli şəkildə yerləşdirilən 2 ədəd hərbi durbin və TƏİR qurğusu aşkarlanaraq götürülüb.
Adı mediaya açıqlanmayan 38 yaşlı İran vətəndaşı polis tərəfindən həbs edilib. Hadisənin araşdırıldığı bildirilir.