APA xəbər verir ki, BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2 faiz, 2018-ci ildə isə 1,2 faiz artacağını güman edir.
Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: «Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9 faiz və 5,8 faiz göstəriciləri sonuncu dəfə proqnozlaşdırılan rəqəmdən daha yüksəkdir».
Ekspertlərin proqnozuna əsasən, dünya bazarlarında neftin bahalaşması ölkənin iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olacaq. Buna baxmayaraq, BMT-nin ekspertləri hesab edirlər ki, ölkədə fiskal gərginlik qeyri-neft sektorundakı iqtisadi aktivliyi azalda bilər. «Ümumilikdə, bazarın zəif inkişafı və makroiqtisadi siyasətin əlverişliliyinin məhdud olması iqtisadiyyatın şoklara davamlılığını azaltmaqda davam edir», - deyə hesabatda qeyd olunub.