Vaxt.Az

«Heç qorxağa oxşamırsan»


 

Spiker deputatın etirazına belə cavab verdi

«Heç qorxağa oxşamırsan» «Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş oluruq».

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında «Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında» qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır: «Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır».

Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: «Heç qorxağa oxşamırsan, görürsən, danışırsan».

Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir: «Layihədə «kobud pozuntu» ifadəsinə rast gəlinir. Bu, nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir».

 





02.05.2017    çap et  çap et