Vaxt.Az
İran donur
Qar 4000 nəfəri yollarda qoyub
İranın bir sıra vilayətlərində güclü qar yağması və havaların kəskin soyuması ciddi problemlər yaratmışdır.
Rəsmi məlumatlara görə, ölkənin 14 vilayətində qarın çoxluğu yollarda 4000 nəfəri köməyə möhtac qoymuşdur. Şəhər təsərrüfatlarının idarə olunmasında yaranmış çətinliklər artmaqdadır. Şagirdlərin gediş-gəlişində çətinlik yaranması səbəbindən bəzi mədrəsələrdə dərslər dayandırılmışdır.
03.01.2014 çap et