Hadisə, mayın 3-ü günorta saat 12 radələrində baş verib və partlayış zamanı mədəndə azı 80 fəhlə olub. İranın Qızıl Aypara Cəmiyyətinin imdad və nicat əməliyyatları üzrə rəsmisi Şahin Fəthi, hadisədən az sonra jurnalistlərə açıqlamasında bildirib ki, partlayış zamanı mədən içində 55 şaxtaçı olub: «Onların 40-ı itkin düşüb və ya mədən içində qalıb».
İran Dövlət Radio-Televiziyasının yaydığı məlumatda isə bildirilir ki, hadisə nəticəsində 18 mədənçi yaralanıb, 50-si isə mədən içində ilişib qalıb. Partlayışa konkret nəyin səbəb olduğu mediaya açıqlanmasa da, hadisə yerinə axtarış-xilasetmə qüvvələrinin cəlb edildiyi bildirilir.
Gülüstan Qızıl Aypara Cəmiyyəti tərəfindən isə partlayışda yaralanan mədənçilərdən 12-sinin adları mediaya açıqlanıb: Əli Gənci Vətən, Məhəmməd Mir Ərəb, Əzizulla Nekui, Tağı Tahirdust, Xadim Mirdar, Hüseyn Mahmudi, Mehdi Onəq, Hüseyn Mirdar Vətən, Həsən Əlixani, Məhəmməd Nüsrəti, Əli Məsudi və Cahangir Sarani.