Bölgədə PKK və Pejak terror qruplaşmalarının tərəfdarı kimi tanınan Arman Simitkonun prezidentliyə namizədin seçki qərargahına cəlb olunması azərbaycanlıların narahatlığına səbəb olub.
Məlumata görə, edam ayətullahı adlanan İbrahim Rəisinin Qərbi Azərbaycan Seçki Qərargahının rəisi Nəsrullah Əsədullahi, Arman Simitkonu vilayətin mərkəz və şimal bölgələrində yaşayan etniklərin əlaqələndirmə işləri üzrə məsulu təyin edib. GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, Seyid Əta Hüseyni adlı bir şəxs Bələdiyyə İdarəsindən ona verilən vəddən sonra Arman Simitkonu sözügedən seçki qərargahına təqdim edib və onun səlahiyyətini təsdiqləyib.
Qeyd edək ki, ötən əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında kürd, erməni və asuri dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. İsmail Simitko bu hadisələrdə Azərbaycan türklərinə qarşı qətliam törədən kürd dəstələrinə rəhbərlik edib, onun adı Güney Azərbaycanda qatil, cinayətkar və talançı kimi tarixə düşüb.