Vaxt.Az

Bakı üç gün dünynanın mərkəzi olacaq


 

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub

Bakı üç gün dünynanın mərkəzi olacaq Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda «Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar» mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söyləyib.

Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni mərasimdə çıxış ediblər.

Daha sonra BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə baş katibi Xose Qraziano da Silvanın müraciətini Kabinet rəhbəri Mario Lubetkin oxuyub.


***


Sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə nahar verilib.

 





05.05.2017    çap et  çap et