Vaxt.Az

«Zəncirvari olub»


 

«Onları Eldar Mahmudovun və Səfər Əbiyevin dövründə ələ alıblar...»

«Zəncirvari olub» Xəbər verildiyi kimi Azərbaycanın Baş prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ötən bazar günü sensasion birgə bəyanatla çıxış edərək cəbhəboyu Tərtər rayonunda ermənilərə işləyən bir qrup hərbçi və mülki şəxsin ifşa edilərək yaxalandığını bildirib. Bəyanatda deyilir ki, həmin şəxslər hərbi sirr təşkil edən məlumatları erməni tərəfinə ötürüblər, habelə erməni xüsusi xidmət orqanlarının təlimatı ilə Bakıda terror aktları və sabitliyi pozmaq üçün təxribatlar planlaşdırıblar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl virtualaz.org-a bu bəyanatı şərh edərkən deyib ki, düşmən tərəfin adamlarını ələ almaq və kəşfiyyat şəbəkəsi yaratmaq belə demək olarsa, bir-biri ilə döyüşən ölkələr üçün normal haldır. «Və çox yaxşıdır ki, düşmə şəbəkəsini cəbhəboyu zonada üzə çıxarmaq mümkün olub»-İlham İsmayıl deyib.

Ekspertn sözlərinə görə, hərbçilərin və mülki şəxslərin sırasından kəşfiyyat şəbəkəsi yaratmaq bir ayın, hətta bir ilin işi deyil. «Bu, uzun prosesdir. Aydındır ki, bu adamları MTN-in və Müdafiə Nazirliyinin keçmiş rəhbərliyinin dövründə ələ alıblar», - o bildirib.

İlham İsmayıl əmindir ki, belə hallarda düşmən xüsusi xidmət orqanları təkcə maddi şirnikləndirmədən deyil, kompromatlardan da istifadə edir. «Əvvəlcə adamları ələ alıblar, sonra bunu kompromat kimi istifadə edərək başqa adamları agentliyə cəlb etmək üçün istifadə ediblər. Yəni zəncirvari. Kompromat qismində korrupsiya və ya buna bənzər nəsə deyil, düşmən kəşfiyyatı ilə əməkdaşlığın özü xidmət edir», - ekspert deyib.

İlham İsmayılın fikrincə ifşa edilən şəbəkənin əsas vəzifəsi hətta diversiya deyil, kəşfiyyat olub. Yəni onların qarşısına Azərbaycan ordusunun potensialı, vəziyyəti, strateji obyektlər və qoşunların yerdəyişməsi, hərbi texnika, qoşunların mövqeləri kimi hərbi sirr təşkil edən məlumatları toplayıb ötürmək vəzifəsi qoyulub. «İstənilən bu cür kəşfiyyat məlumatı diversiya məqsədi ilə istifadə oluna bilər», - İlham İsmayıl əlavə edib.

Ekspert deyib ki, o, özü Tərtər rayonundandır və vaxtilə düşmənə bir qarış da olsun torpaq verməyən bu rayonun əhalisi baş vermiş hadisədən şokdadır. İlham İsmayıl digər cəbhəboyu rayonlarda da casus şəbəkəsinin olmasını istisna etmir.

«İstənilən rayonda hərbi obyektlərin yaxınlığında mülki obyektlər var, hansı ki, onlar müharibə zamanı mühüm əhəmiyyət kəsb edə bilər. İstənilən halda casus şəbəkəsinin aşkarlanması onu göstərir ki, Azərbaycanda əks-kəşfiyyat işləyir, real əks-kəşfiyyat işi aparılır, bizim hüquq-mühafizə orqanları hələ çox iş görməlidir», - İlham İsmayıl vurğulayıb.

 





08.05.2017    çap et  çap et