Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.6820 manata, satış – 1.6550 manata bərabərdir.
Belə ki, «Bank Silk Way» dolların alış-satış qiymətini ucuzlaşdırıb: alışı – 1.6650 manatdan 1.6600 manatadək, satışı – 1.6950 manatadan 1.6900 manatadək.
«Bank Respublika» və «Atabank» ABŞ valyutasının alış məzənnəsini bahalaşdırıb: «Bank Respublika» 1.6400 manatadan 1.6600 manatadək; «Atabank» 1.6450 manatdan 1.6600 manatadək.
«AGBank» isə alış qiymətini bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı – 1.6450 manatdan 1.6600 manatadək, satışı – 1.7200 manatdan 1.7100 manatadək.
Virtualaz.org xatırladır ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu həftənin ilk gününə olan məzənnəsini açıqlayıb.
Həmin açıqlamaya görə, bu gün 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.7026 manat, 1 avronun rəsmi məzənnəsi 1.8683 manat, 1 rus rublunun məzənnəsi isə 0.0294 manat müəyyənləşib.