Vaxt.Az
«Dəmir ledi»nin iş qrafiki tapılıb
Marqaret Tetçer 3 gündən bir qadın salonuna gedirmiş
Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer gözəl saç düzümünə görə orta hesabla hər üç gündən bir qadın salonuna gedib. Bu barədə Frans-Press agentliyi «Dəmir ledi»nin Britaniya Milli arxivindən tapılan iş cədvəlinə əsasən məlumat yayıb.30 ildən sonra tapılan qrafikə əsasən Tetçer 1984-cü il ərzində 118 dəfə qadın salonunun xidmətindən istifadə edib. «Böyük Yeddilər»in iyun sammiti zamanı o, beş gün dalbadal saçlarını professional ustaya düzəltdirib.
Britaniya tarixində ilk qadın baş nazir olan Tetçerin gündəliyində bəzi iş görüşmələri təxirə salınıb. Onun Avstriya və İsveçrəyə yay tətili zamanı etdiyi səfərlərdə Almaniya kansleri Holmut Kol, Avstriya kansleri Fred Zinovats, BMT-nin keçmiş baş katibi Kurt Valdhaym və İsveçrə prezidenti ilə də görüşdüyü məlum olub. Bundan əlavə, o, bankirlərlə nahar edib və yerli fabriki ziyarət edib.
İş qrafiki, həmçinin Tetçerin keçmiş ABŞ prezidenti Ronald Reyqanla Folklend adaları ilə bağlı qalmaqallı materiallara da şahidlik edib. Bu materialların sonradan Krass musiqi qrupunun üzvləri tərəfindən montaj edildiyi aşkara çıxıb. Sənədlər göstərir ki, Britaniya xüsusi xidmət orqanları bu məsələyə nə qədər ciddi yanaşıblar.
Marqaret Tetçer Britaniya hökumətinə 1979 -1990-cı illərdə rəhbərlik edib və 2013-cü il aprelin 8-də Londonda 87 yaşında vəfat edib.
03.01.2014 çap et