Fərmanla təsdiq edilmiş Əlavə II – «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə» üzrə 8.31-ci bəndə «borclarının» sözündən sonra «, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının» sözləri əlavə edilir.
Aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilir:
«8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;».
Həmin fərmanla təsdiq edilmiş Əlavə IV – «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilir:
«8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;
8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;».