«Goldman» əmtəə strateqləri bildirir ki, «Brent» markalı xam neftin bareli 50 dollara çatacağı haqda verilən proqnozlar təhlükə altındadır. Belə ki, neft qiymətlərinə olan təzyiq artmaqda davam edir.
«Goldman» öz təhlilində neftin qısa müddətli qiymətləri ilə uzaq dönəmli perspektivini müqayisə edib. Belə ki, neftin gələcək qiymətlərinin qalacağını güman edən investorlar çox vaxt onu anbarlarda saxlamağa üstünlük verirlər. Gözləntilər bunun əksi olduqda isə bazar daha çox neftlə dolmağa başlayır.
Neft qiymətləri Neft İxrac Edən Ölkələrin Təşkilatı – OPEK-in 29 noyabrda gündəlik hasilatı 1.2 milyon barel azaltmasından sonra ən aşağı nöqtəsinə düşüb.
Çoxları neft qiymətlərin kəskin ucuzlaşmasında ABŞ şist neft hasilatının artımını əsas səbəb kimi görür. Son aylarda Amerikada neft hasilatının iri həcmdə artması OPEK-in qlobal neft bazarında tələbatı artırmağa yönəlik səylərini puça çıxarmaqdadır.
Təhlilçilər əmtəə bazarında səhmlərinin sürətlə satılması ilə müşayiət olunan mis və dəmir qiymətlərinin ucuzlaşmasını da təsiredici amil kimi qiymətləndirirlər.
Maliyyə ekspertləri arasında «kapitulyasiya» - yəni «təslim» investorların itirilmiş səhm dəyərlərini geri qaytarmaqdan vaz keçdikləri məqama deyilir. Səhmdarlar qiymətlərin qalxacağına ümidlərini itirəndə, əmtəənin kapitulyasiya nöqtəsinə çatdığı müəyyən edilir.