Vaxt.Az

75 yaşlı qadın xilas edildi...


 

Huşunu itirmiş vəziyyətdə

75 yaşlı qadın xilas edildi... Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının məlumatına görə, nazirliyin «112» qaynar xəttinə 75 yaşlı qadının evində köməksiz vəziyyətdə qalması ehrimal edilən məlumat daxil olub. Nazirliyin hadisə yerinə yollanan xilasediciləri qapının dəfələrlə döyməsinə və telefon zənglərinə reaksiya vermədiyindən şübhələniblər.
Beşmərtəbəli binanın 1-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olan FHN əməkdaşları Nizami rayonunda yaşayan 1938-ci il təvəllüdlü, adı açıqlanmayan sakinin döşəmədə yıxılıb qaldığını görüblər. Qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
 





03.01.2014    çap et  çap et