Vaxt.Az

«Birmənalı olaraq bildiririk ki, ...»


 

Azərbaycandakı erməni şəbəkəsini «Mossad» ifşa edib?

«Birmənalı olaraq bildiririk ki, ...» Müdafiə Nazirliyi ermənilərə işləyən qrupun guya «Mossad» təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən xəbərə görə, düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib.

«Birmənalı olaraq bildiririk ki, bu məsələdə «Mossad» adlı qurumun heç bir fəaliyyəti olmayıb. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub», - deyə mətbuat xidmətindən bildirilib.

 





10.05.2017    çap et  çap et