Türkiyənin Sinop vilayətində yerləşən hərbi bazada ilk milli uzaqmənzilli raket olan «Bora» sınaqdan keçirilib. Virtualaz.org «Hürriyet»ə istinadən xəbər verir ki, sınağı Azərbaycanın artilleriya komandanı general Zahid Hüseynov da izləyib.Raket sınağını izləyənlər arasında vali Həsən İpək, «Roketsan» şirkətinin İdarə Heyətinin sədri general-leytenant Emin Alpman, İdarə Heyətinin üzvü professor Metin Usta, vilayətin Jandarma komandanı polkovnik Şefaittin Serten, Təhlükəsizlik İdarəsinin rəhbəri general-leytenant Yüksel Ateşoğlu da olub.
General-leytenant Əmin Alpman sınağın müvəffəqiyyətlə həyata keçirildiyini deyib. O, Türkiyənin ilk uzaqmənzilli raketi olan «Bora» haqqında Vali Həsən İpəyə məlumat verib.
çap et