Vaxt.Az

Kişi həndbolçularımız beşinci oldu


 

Azərbaycan idmançıları azlıqda olsa da, Mərakeşi məğlub edə bilib

Kişi həndbolçularımız beşinci oldu Mayın 12-də «Bakı-2017» İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında 5-6-cı yerlər uğrunda görüşdə Azərbaycan və Mərakeş milli komandaları qarşılaşıblar.

Rəqibinə 31:25 hesabı ilə qalib gələn Azərbaycan həndbolçuları İslamiadada beşinci yeri tutublar. Mərakeş kollektivi isə altıncı olub.

Görüşün sonlarını komandamız azlıqda keçirməli olub. Belə ki, qarşılaşmanın 20-ci dəqiqəsində Dalibor Sukic qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Azərbaycan millisinin kapitanı Sabir Nəzərəliyev 10 qolla matçın ən məhsuldar oyunçusu olub.

«Sərhədçi» İdman Olimpiya Mərkəzində keçirilən oyun rumıniyalı hakimlər tərəfindən idarə olunub.

 





12.05.2017    çap et  çap et