Vaxt.Az
Daha bir intihar
Yeni nazirin hərbi geyimlərdəki dəyişikliyi də əsgər ölümlərini durdurmadı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri intihar edib. Hadisə Müdafiə Nazirliyinin Beyləqandakı “N” saylı hərbi hissəsində qeydə alınıb.
Əsgər 18 yaşlı Rahim Nail oğlu İsmayılovun asılmış meyiti tapılıb. İlkin ehtimala görə, o intihar edib. Hadisənin baş vermə səbəbləri hələlik dəqiq məlum deyil. Meyit müayinə üçün tibbi ekspertizaya göndərilib.
N.İsmayılov ötən ilik oktyabr ayında Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.
04.01.2014 çap et