O, atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışının qalibi olub. Ruslan Lunyov hamıdan yüksək nəticə göstərərək qızıl medala sahib olub.
Gümüş medalı Türkiyə idmançısı Murad Kılıç, bürünc mükafatı isə Oman atıcısı Səid Əl Haşimi qazanıb.
Qeyd edək ki, Azərbaycan yığma komandasına «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal).